İmişli rayonunda 5 ton ot bağlaması yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, İmişli rayonu,Hacırüstəmli kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 20 ton ot bağlamasının 5 tonu yanub. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tiklilər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB