Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi xəbərə görə, hadisə Biləcəri qəsəbəsində baş verib. Füzuli rayon sakini Zahid Cəfərov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Oğuz rayon sakinləri Dağlar Mikayılovu və Fərrux Musayevi vurub.
Yol qəzası nəticəsində hər iki piyada hadisə yerində ölüb.
Qəza ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB