Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, qəza Safıkürd kəndində qeydə alınıb.
Kənddə rayon sakinləri Vüqar Mahmudovun və Yalçın Cavadovun idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində Y.Cavadov hadisə yerində ölüb, V.Mahmudov və sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB