Həmyerlisini qızı ilə hədələdi 500 manat aldı

Həmyerlisini qızı ilə hədələdi 500 manat aldı

Həmyerlisini hədələyərək 500 manat alan şəxs tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də şəhər sakini Məmmədəli Nadirovu qızı barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 500 manat almış həmyerlisi, əvvəllər məhkum olunmuş Elşən Hüseynov tutulub.

E.Hüseynovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olması müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə