Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə oktyabrın 18-də Tovuz rayonunun Düz-Qırıqlı kəndində baş verib.
Belə ki, Şəmkir rayon sakini Oqtay Hacıyevin idarə etdiyi "VAZ-21063" markalı və Bakı şəhər sakini Fərhad Bədəlovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. O.Hacıyev hadisə yerində infarktdan ölüb.
Faktla bağlı Bakı Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB