Göyçay rayonu, Qaraman kəndində (rayon mərkəzindən 15 km aralı) yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 190 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 100 kv.m sahədə və çardağına yığılmış 3 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB