Fövqəladə Hallar Nazirliyinin "Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə" daxil olmuş məlumata əsasən, Goranboy rayon, Səfikürd kəndində (rayon mərkəzimdən 9 km aralı) yol-qəza hadisəsi baş verib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşlara məxsus "VAZ-2106" və "VAZ-21010" markalı minik avtomobilləri toqquşub. "VAZ-2106" markalı minik avtomobilinin sürücüsü 1982-ci il təvəllüdlü Cavadov Yalçın Bəylər oğlunun cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB