Yol qəzası can aldı

Füzuli rayonunda yol qəzası baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verilən məlumata görə, rayonun 8-ci Qayıdış qəsəbəsində Elçin Əliyev idarə etdiyi "VAZ-210154" markalı avtomobillə yolu keçən qəsəbə sakini İsmiəli Şükürovu vurub. Nəticədə müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, İ.Şükürov orada ölüb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə