Qəza 2 piyadanın həyatına son qoydu

Qəza 2 piyadanın həyatına son qoydu

Göyçayda piyadanın ölümü ilə nəticələn yol-qəza hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 15-də saat 08 radələrində Göyçay rayonunun Mallı-Şıxlı kəndində Ucar rayon sakini Nadir Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən rayon sakinləri Zahid Hüseynovu və Elnur Mikayılovu vurub. Nəticədə hər iki piyada hadisə yerində ölub.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə