İkimərtəbəli yaşayış binasında yanğın baş verib

İkimərtəbəli yaşayış binasında yanğın baş verib

Göyçay şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 58 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə