Lənkəranda evləri su basıb

Lənkəran rayonunda yağan yağış fəsadlara gətirib çıxarıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonu, Bürcəli kəndində bəzi evlərin həyətyanı sahələri və zirzəmiləri su ilə dolub.

Yağan intensiv leysan xarakterli yağışlar nəticəsində Fövqəladə Hallar Nazirliyinin Cənub regional mərkəzinin xilasediciləri və Dövlət Sularda Xilasetmə Xidmətinin "Cənub" dalğıc-axtarış qrupu əraziyə cəlb olunub.

Xilasedicilər tərəfindən ümumilikdə 5 ailə, o cümlədən 18 nəfər xilas olunaraq təhlükəsiz əraziyə təxliyyə olunmuşdur.

Əməliyyat saat 03:32 də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə