Gəncə şəhəri, Nizami rayonunda minik avtomobilində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşa məxsus avtomobilin idarəetmə lövhəsi, mühərrik hissəsi və sol qabaq təkəri yanıb. Minik avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB