Özünü qüllədən atmaq istəyən şəxs xilas edildi

Özünü qüllədən atmaq istəyən şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər kərpicdən tikilmiş 20 metrlik qülləyə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dərhal hadisə yerinə FHN-nin muvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilib və aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə