Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər ağaca çıxaraq özünü asmaqla intihar etmək niyyətini nümayiş etdirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin muvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilib və aidiyyəti üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB