Oğurluqda şübhəli bilinənlər yaxalandı

Oğurluqda şübhəli bilinənlər yaxalandı

Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Xəzər RPİ CAŞ və 1-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 14-də gecə saatlarında Şağan qəsəbəsində Salyan rayon sakini Gülnar Nəzərovanın, içərisində 200 manat və mobil telefon olan əl çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunan Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Vüqar İlqar oğlu Şükürov, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 15-də günorta saatlarında Pirşağı qəsəbəsində Sahib Abbasova məxsus yardımçı tikilidən məişət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, 2001-ci il təvəllüdlü Bəxtiyar Əhmədov müəyyən olunaraq saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə