Suraxanı rayonunda civə dağıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, maye halında olan kimyəvi element FHN-nin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 12:45-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə