Xızıda ölümlə nəticələnən QƏZA

Xızıda ölümlə nəticələnən QƏZA

Xızıda ölümlə nəticələnən qol-qəza hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 14-də saat 06 radələrində Xızı rayonunun Sitalçay kəndində Salyan rayon sakini Kamil Əliyev idarə etdiyi "VAZ-21043" markalı avtomobillə yolu keçən Quba rayon sakini Nəsrullah İbrahimovu vurub. N.İbrahimov xəstəxanaya aparılarkən yolda ölub.

Faktla bağlı Bakı Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə