Sabirabad rayonu, Kovlar kəndində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətin SİA-ya verilən məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 256 kv.m olan kürsülü, birmərtəbəli 4 otaqlı evin zirzəmisinin qamışdan ibarət tavanı 4 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB