Azərbaycanlı oğlanın erməni sevgilisini öldürdüyü anlar FOTO-VİDEO
Rusiyada azərbaycanlı oğlanın erməni sevgilisini öldürdüyü anlar videokameraya düşüb. SİA-nın NTV-yə istinadən verdiyi məlumata görə, Rusiyada yaşayan azərbaycanlı gənc Emil Zülfüqarov qonşuluqda yaşayan erməni qızı Anna Sarkısyanı sevirmiş. Lakin sonradan gənclərin arasında problem yaranıb. Qız oğlandan ayrılmaq istəyib.
Anna Sarkısyanın ailəsi də gənclərin birləşməsinə narazı olublar.
Emil Zülfüqarov gecə saatlarında Anna Sarkısyanı avtobus dayanacağında yaxalayıb. Onlar arasında mübahisə olub. Mübahisə zamanı oğlan bıçaqla qızın qarnına bir neçə zərbə endirib və qaçıb. Qız təcili yardım gələnə qədər ölüb.
Baş verən hadisə müşahidə kamerasına düşüb.
SİA baş verən hadisənin görüntülərini təqdim edir:


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB