Bakıda sex yanıb

Bakıda sexdə yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan hamamın sauna hissəsində taxta üzlüklər 18 kv.m sahədə yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 7 kv.m sahədə əriyib. Hamamın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə