Toyda dava düşdü SON DƏQİQƏ

Bakının Xətai rayonunda Gəncə prospektindəki "Fəridə" şadlıq evində toydan sonra dava düşüb. SİA-nın hadisə yerindən verdiyi məlumata görə, şəxsiyyəti məlum olmayan şəxslər arasında başlanan dava qanla bitib. Hadisə yerinə iki təcili yardım maşınının çağrılması məsələnin ciddi olduğundan xəbər verir. Gecənin qaranlıq olması və hadisə iştirakçılarının əsəbi olması davanın nədən başlamasına aydınlıq gətirməyə imkan vermir.

Bizi izləyin, hadisənin daha dəqiq təfərrüatını diqqətinizə çatdıracağıq.

Qeyd edək ki, hadisə yerinə həkimlər gəlsələr də polislər gözə dəyməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə