Azyaşlı çətin anlar yaşadı

Bağlı qapı arxasında qalan uşaq xilas edilib. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə bir azyaşlı bağlı qapı arxasında qalıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və azyaşlını aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:51-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə