Bakıda 2 nəfəri bıçaqlayan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, sentyabrın 8-də Q.Qarayev prospektində Bakı şəhər sakini Fərhad Poladova və sentyabrın 11-də Şərifli küçəsində Elnur Abbasova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Valeh Hüseynov tutulub.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB