Axtarışda olan 3 nəfər tapıldı

Bakı polisi axtarışda olan 3 nəfəri tutub. BAkı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1984-cü il təvəllüdlü Niyaməddin Həşimov, Nəsimi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1973-cü il təvəllüdlü Aydın Heydərov, Nəsimi RPİ CAŞ, 19-cu PB və Tərtər RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1973-cü il təvəllüdlü Elxan Tağıyev tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə