Daxili orqanında narkotik vasitə daşıyan şəxslər tutulub

Daxili orqanında narkotik vasitə daşıyan şəxslər tutulub

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Rafael Qənbərovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə, ümumi xalis çəkisi 106,9 qram olan narkotik vasitə - heroin və 1 ədəd bükümdə, xalis çəkisi 7,98 qram olan narkotik vasitə - həşiş aşkarlanıb.

İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Valeh Bədəlovun üzərində aparılan şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə, təmiz çəkisi 15,519 qram olan narkotik vasitə - heroin, təmiz çəkisi 37,206 qram olan narkotik vasitə - tiryək və təmiz çəkisi 6,5 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub.

Hər iki faktla bağlı təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə