Mingəçevir şəhərində yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, vətəndaşa məxsus ümumi sahəsi 27 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin lambirdən ibarət tavanı, ev əşyaları 6 kv.m və dəhlizin tavanı 4 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB