Avtomobil oğrusu ələ keçdi

Avtomobil qaçıran şəxs tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 11-də Sumqayıt şəhərindən Xaçmaz rayon sakini Pərviz Şamilova məxsus "VAZ-2107" markalı avtomobil qaçırılıb.

Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış şəhər sakini Vüqar Mirzəyev tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə