Mənzildən oğurluq edən şəxslər tutulub

Mənzildən oğurluq edən şəxslər tutulub

Bakıda mənzildən oğurluq edən şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oktyabrın 3-də Bakı şəhər sakini Mülkidar Nəzərovun Binə qəsəbəsində yeni inşa olan evindən 4 ədəd laqonda və 200 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən, orada kirayədə yaşayan Bakı şəhər sakinləri - 1989-cu il təvəllüdlü Həsən Xəlilov və 1994-cü il təvəllüdlü Rüfət Məcidov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə