3 nəfər liftdə qaldı FHN köməyə gəldi

3 nəfər liftdə qaldı FHN köməyə gəldi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər liftin qapısını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə