Gədəbəy rayonu, Novosaratovka kəndində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşlara məxsus ümumi sahəsi 198 kv.m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 98 kv.m sahədə, ona bitişik ümumi sahəsi 54 kv.m tövlənin dam örtüyü və yaxınlıqdakı həyətyanı sahəyə yığılmış 2 ton ot tayasının 200 kq-ı yanıb. Evin, tövlənin və ot tayasının qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 02:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB