Bakıda ev yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə Bakı şəhəri, Yasamal rayonunda baş verib. Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 53 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 3 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB