Şimali Kipr Türk Respublikası da (KKTC) Ankaradakı terror hücumunun ardından 3 günlük yas elan edib. SİA-nın məlumatına görə, bu barədə Nazir Kabinetinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müdirliyi məlumat yayıb. Nazirlər Kabineti Ankarada yaşanan terror hücumunda ölənlər üçün 3 günlük yas edildiyini açıqlayıb. Bu gün ərzində bayraqlar yarıya endiriləcək.
Qeyd edək ki, ötən gün Türkiyədə partlayış zamanı 95 nəfər ölüb, 246 nəfər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB