Sumqayıtda taxta materialları yanaraq kül olub

Sumqayıtda taxta materialları yanaraq kül olub

Sumqayıt şəhərində sahibi məlum olmayan, ümumi sahəsi 500 kv.m olan taxta satışı bazarının ərazisində 200 kv.m sahəyə yığılmış 80 kub.m taxta materialları yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, taxta materiallarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə