Bakıda avtomobil yandı

Bakıda avtomobil yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Nərimanov rayonunda vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir oxşar hadisə isə Gəncə şəhərində baş verib. Kəpəz rayonunda vətəndaşa məxsus həyətyanı sahədə dayanmış "Mercedes" markalı mınık avtomobilinin mühərrik hissəsi, salonu və 2 ədəd qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə