Yol qəzasında bir nəfər dünyasını dəyişib

Yol qəzasında bir nəfər dünyasını dəyişib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda yol-nəqliyyat qəza hadisəsi baş verib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobili qəza törədib və nəticədə sürücü Fərzəli Baba oğlu Fərzəliyev hadisə yerində vəfat etib. F.Fərzəliyevin cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:52-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə