Masazırda “Mercedes" yanıb

Abşeron rayonu, Masazır qəsəbəsində avtomobil yanıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin alt hissəsinin qoruyucu üzlüyü yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə