"Barəsində cinayət işi başlanan Cavanşir Bağırov KTN-də işləmir" RƏSMİ AÇIQLAMA
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi (KTN) barəsində cinayət işi başlanan nazirlik əməkdaşı ilə bağlı açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Dövlət Maşın Sınaq Stansiyasının direktoru Cavanşir Bağırov işində yol verdiyi nöqsanlara görə 2014-cü ildə vəzifəsindən azad olunub, hazırda KTN sistemində işləmir.
Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidməti KTN-in Dövlət Maşın Sınaq Stansiyasının direktoru Cavanşir Bağırov və digər vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmələrində, bundan başqa müəssisədə faktiki işləməyən şəxslərin adlarına əmək haqqları yazılması, tariflərin düzgün tətbiq edilməməsi və saxta qaimələrin tərtib edilməsi yolu ilə 221 min manat məbləğində pul vəsaitlərini mənimsəyərək israf etməklə dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanması ilə bağlı məlumat yayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB