Yağış barmaqlıqlarını oğurlayan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Nərimanov RPİ TŞX və 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cari ilin avqust-sentyabr aylarında Z.Bünyadov prospektində Xüsusi Dövlət əhəmiyyətli yollarda rabitə kommunikasiya xidmətinə məxsus quyuların dəmir qapaqlarını, həmçinin suların axıdılması üçün quraşdırılmış dəmir barmaqlıqları oğurlamaqda şübhəli bilənən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş 1993-cü il təvəllüdlü Müşviq Həsənov və Bərdə rayon sakini 1987-ci il təvəllüdlü Urfan Alıyev tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB