Bəy toyuna iki gün qalmış yoxa çıxdı

Bəy toyuna iki gün qalmış yoxa çıxdı

31 yaşlı Ramil Hətəmov oktyabrın 1-də evdən çıxıb və bundan sonra ondan xəbər yoxdur. Qəbələnin Soltannuxa kənd sakini toyundan 2 gün əvvəl yoxa çıxıb. O, günorta saatlarında rayon mərkəzinə gedəcəyini deyib və bir müddət sonra əlaqə tam kəsilib. 31 yaşlı Ramilin axtarışları davam etdirlir.

Ramilin qardaşı Şamil Hətəmov bildirdi ki, qardaşı 2004-cü ildən Bakıda işləyir. Bir neçə gün əvvəl Qəbələyə toyunu etməyə gəlmişdi. Oktyabrın 3-də Ramilin toyu olmalı idi, lakin iki gün əvvəl itkin düşüb. Ona görə də toy təxirə salındı.

Ş.Hətəmovun qardaşının yoxa çıxmasında heç bir səbəb göstərə bilmədi: ''İlk olaraq düşündük ki, bəlkə evlənmək istəmir. lakin bu, inandırıcı görünmədi. Özü həvəslə dəvətnamələrini yazaraq qonaqları toya dəvət edirdi. Şübhəli məqam Bakı ilə bağlıdır. 10 ildən artıqdır orada işləyir və yaşayır. Orada hansısa problemi olmasından xəbərsizik''.

Məlumatda deyilirdi ki, R.Hətəmov oktyabr ayının 1-də günorta saatlarında telefon düzəltdirmək, bankomatdan pul çəkmək adı ilə Qəbələ rayonunun Soltannuxa kəndində evdən çıxıb və bir daha qayıtmayıb. Şəxsin heç bir əqli və ya psixoloji problemi olmayıb.

Rayon polis şöbəsi tərəfindən axtarışlar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə