Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Nəsimi rayonununda mənzildə termometrin sınması barədə müraciət daxil olub. SİA-nın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, cihazın sınması nəticəsində onun daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB