Gədəbəydə yanğın

Gədəbəydə vətəndaşa məxsus talvarda yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, hadisə Gədəbəy rayonu, Slavyanka kəndində baş verib. Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan talvarın altına yığılmış 10 ton ot bağlamasının 2 tonu, talvara bitişik ümumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyalar 3 kv.m və talvara bitişik ümumi sahəsi 16 kv.m olan köməkçi tikilinin dam örtüyü 1 kv.m sahədə yanıb. Talvar, tövlənin, köməkçi tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə