Yataqxanada növbəti yanğın

Gəncə şəhərində yataqxanada yanğın hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Gəncə-Şəmkir şosesinin 100 metrliyində, Peşə Liseyinin yataqxanasında qeydə alınıb. Beşmərtəbəli binanın 5-ci mərtəbəsində dəhliz 12 kv.m sahədə yanıb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov söndürülüb. Yataqxanada müvəqqəti məskunlaşan məcburi köçkünlər bir neçə aydır ki, köçürüldüyündən hazırda binada heç kim yaşamır. Yanğının baş vermə səbəbləri araşdırılır.

Xatırladaq ki, bir müddət əvvəl yataqxananın dam örtüyü də yanaraq yarasız hala düşmüşdü.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə