Avtomobil aşdı 2 ölü, 6 yaralı

Suraxanı rayonunun Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə oktyabrın 5-də saat 20 radələrində baş verib.

Suraxanı rayonunun Hövsan qəsəbəsində hələlik sürücüsünün şəxsiyyəti müəyyən edilməmiş "Mitsubishi" markalı avtomobil aşıb. Nəticədə sərnişinlərdən Bakı şəhər sakini Məhəmməd Hüseynov və Oğuz rayon sakini Eyvaz Osmanov ölüb, digər 6 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Suraxanı Rayon Polis İdarəsi (RPİ) tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə