Ev yandı 1 nəfər xəsarət aldı

Bərdədə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Mirzəxan kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 58 kv.m sahədə yanaraq yararsız hala düşüb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin yanğına dərhal müdaxiləsindən sonra evin qalan hissələrini yanğından mühafizə etmək mümkün olub.

Bütün xəbərlər Facebook səhifəmizdə