Avtomobil yarışda faciə 6 nəfər yaralandı

Avtomobil yarışda faciə 6 nəfər yaralandı

Maltada keçirilən avtomobil şousu faciəvi sonluqla başa çatıb. Pilotun idarəetməni itirməsi nəticəsində yarış avtomobili sürətlə tamaşaçı kütləsinə çırpılıb. Hadisə nəticəsində biri körpə olmaqla 26 nəfər yaralanıb.Yaralılardan 5-nin vəziyyəti ağırdır. Sürücü də hazırda hospitaldadır.

Yarışın təşkilatçıları hesab edir ki, bədbəxt hadisənin səbəbkarı elə pilot Bol Beyninin özüdür. Belə ki, o, sükana nəzarəti o zaman itirib ki, hər iki təkər eyni vaxtda yolda deyil, otluq sahənin üzərində olub. Hakbuki, peşəkar yarışlarda bu, sürücünün kobud səhvi sayılır.

Faciədən sonra Malta prezidenti Mariya-Luiza Koleyri Preko hadisə yerinə gedib. Sonradan məlum olub ki, o, yaralılara baş çəkmək üçün Böyük Britaniyaya planlaşdırdığı səfəri təxirə salmalı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə