Masallıda evə basqın edən maskalılar ər və arvadı döydükdən sonra qızıl-zinət əşyaları götürərək qaçıblar. Şirvanda silsilə oğurluqlar edən şəxs saxlanılıb. O, ümumilikdə vətəndaşlara 7 min manatdan artıq ziyan vurub. Abşeronda isə dələduzluq edən gənc saxlanılıb.
Evə basqın edən maskalılar ahıl ər-arvadı döyüb. Hadisə Masallının Binə Xocavar kəndində qeydə alınıb. Gecə saatlarında 3 nəfər maskalı şəxs kənd sakini, 80 yaşlı Yasər Məmmədovun evinə basqın edib. Onlar ev sahibinin və həyat yoldaşı Rübabə Məmmədovanın əl qolunu bağlayaraq döyüblər, pul və qızıl-zinət əşylarını tələb ediblər.
Şirvanda isə silsilə oğurluqlar törədən şəxs saxlanılıb.Rayon sakini İlham Zeynalov mağazaların dam örtüyünü sökərək içəri daxil olub.Əvvəllər dəfələrlə məhkum edilmiş İlham Zeynalov mağazalardan 7 min manata yaxın ərzaq malları, mobil telefon və məişət əşyaları oğurlayıb. Sonuncu dəfə o mağazanı qarət edərkən mühafizə siqnalının işə düşməsi ilə polisə yaxalanıb. İstintaqa ifadə verərkən İlham Zeynalov ümumilikdə 8 mağaza və kafedən oğurluq etdiyini etraf edib.
Abşeron rayon polis idarəsinin əməkdaşları dələduzluqda şübhəli bilinən bir gənci saxlayıb. Saxlanılan Taleh Məmmədov Xırdalan şəhərində Cavidan Məmmədovdan velosipedini sürmək adı ilə alıb aradan çıxıb. O, 200 manatlıq velosipedini 20-30 manata satıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB