Şirvanda 8 mağaza və kafeni qarət edən şəxs saxlanılıb

Şirvanda 8 mağaza və kafeni qarət edən şəxs saxlanılıb

Şirvan şəhəri H.Z.Tağıyev küçəsi 1, mənzil 2 ünvanında yaşayan 1972-ci il təvəllüdlü Zeynalov İlham Gülağa oğlu Şirvan şəhərində yerləşən mağazalardan oğurluq etməkdə şübhəli bilinərək saxlanılıb. SİA-nın Aran bürosuna Şirvan şəhər polis şöbəsindən verilən məlumata görə, müxtəlif vaxtalarda eyni üsulla-mağazaların dam örtüyünü deşərək içəri daxil olan adı çəkilən şəxs oradan təxminən 7 min manat dəyərində ərzaq malları, mobil telefon konturları, siqaret, məişət texnikası və nağd pul götürüb.

İlham Zeynalov bu gecə Şirvan şəhəri F.Eynullayev küçəsində yerləşən mağazadan oğurluq edərkən mühafizə siqnalı işə düşüb. Şirvan polis şöbəsinin və mühafizə idarəsinin hadisə yerinə gələn əməkdaşları oğrunu mağazada yaxalayıblar. İlham Zeynalovun özünün etiraf etdiyinə görə 8 mağaza və kafedən oğurluq edib. İlham Zeynalov əvvəllər qanunsuz silah gəzdirmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olma və dövlət əmlakını oğurlama maddələri ilə dəfələrlə məhkum edilib.

Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə