Göygöldə maşın çaya aşıb, 3 nəfər ölüb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Gəncə çayının rayonun Üçtəpə kəndində keçən hissəsində baş verib. Göygöl rayon Mollacəlil kənd sakini 34 yaşlı Xanlar Nəsibovun idarə etdiyi "VAZ 2109" markalı avtomobil çaya aşıb. Sürücü, eləcə də sərnişinləri 34 yaşlı Pərviz Teymurov və 35 yaşlı Rəşadət Nəsibov hadisə yerində ölüb.
Qeyd edək ki, faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB