Lənkəran rayonuda iki mərtəbəli evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Tütəpeştə kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 225 kv.m olan 2 mərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı 6 ton ot bağlaması və tikililər yanğından mühafizə olunub. Yanğın saat 12:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB