Ölümlə nəticələnən qəza

Bakıda ölümlə nəticələnən yol qəza hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, hadisə oktyabrın 4-ü saat 07:10 radələrində, Səbail rayonu Neftçilər prospektində baş verib.

Belə ki, Qazax rayon sakini Azər Mehrəliyev idarə etdiyi "Toyota-Avalon" markalı avtomobillə Şəki rayon sakini 1944-cü il təvəllüdlü Laçın Mustafayevi vurub. Nəticədə L.Mustafayev KTM-ya daxil olub və orada dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə